“Qalatasaray”ın sabiq baş məşqçisi İqor Tudorun yeni iş yeri müəyyənləşib. Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, xorvat mütəxəssis karyerasını İtaliyada davam etdirəcək.
Belə ki, Tudor “Udineze” ilə anlaşıb. 40 yaşlı məşqçi hazırda Udinedədir və müqavilənin maliyyə detallarını razılaşdırır. Qeyd edək ki, “Udineze” hazırda “A” seriyasında 15-ci yeri tutur. Bu nəticə klub rəhbərliyini qane etmədiyindən Massimo Oddo baş məşqçi vəzifəsindən uzaqlaşdırılıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.