banner
banner

Gündəm

Hüseyn Abdullayevin 800 milyonluq borcu

Hüseyn Abdullayevin 800 milyonluq borcu

Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən keçmiş millət vəkili, sahibkar Hüseyn Abdullayevin dövlətə olan borcunun məbləği aydınlaşdı.

CİA.AZ saytına daxil olan məlumata görə, “Quska” ləqəbli Hüseyn Abdullayevin ümumi borcu 800 milyon manatdır. Bu pulların bir hissəsi vergiyə olan borcdur. Yerdə qalan digər borc isə dövlətə məxsus əmlakın mənimsəməsindən, götürülən sifarişlərdən yaranan borcdur. Qeyd edək ki, Hüseyn Abdullayev yükdaşıma və mazut biznesi ilə məşğul olub. CİA.AZ saytına daxil olan məlumta görə istintaqın gedişi zamanı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da ifadəsi alınacaq. Səbəb isə yükdaşıma biznesində Ziya Məmmədovla Hüseyn Abdullayev şərik olmalarıdır.

CİA.AZ



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.