Zakir Həsənov Çinin “CETS İnternational” şirkətində olub
Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 28-də bu ölkənin müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən “CETS İnternational” şirkətini ziyarət edib.
Müdafiə nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, müəssisənin rəhbərliyi ilə görüşdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonra Müdafiə naziri şirkətin istehsal etdiyi hərbi təyinatlı döyüş vasitələrinə baxıb. Bildirilib ki, şirkət əsasən elektron komponentlərin və elektron avadanlığın istehsalı ilə məşhurdur.
Dünyanın 100-dən çox ölkəsi ilə əməkdaşlıq edən “CETS İnternational” şirkəti hazır məhsullar çeşidinin yüksək səviyyəsi ilə seçilir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.