Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 9 il ötdü.
2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verən terror bütün ölkəni sarsıtdı. ADNA-nın Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Fərda Qədirov “Makarov” tipli tapançadan istifadə edərək 12 nəfərin həyatına son qoydu. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar günahsız insanları əsasən baş və boyun nahiyəsindən güllələmişdi.
Qanlı terror aktının qurbanlarının adını bir daha xatırlayaq.
1. Neft-qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor, 1940-cı il təvəllüdlü Ramiz Xəlil oğlu Abdullayev, 2. Nəzəri mexanika fakültəsinin laboratoriya müdiri 1951-ci il təvəllüdlü Tamilla Zülfüqar qızı Əzizova, 3. Neft-qaz istehsalı və emalı texnikası kafedrasının müəllimi, dosent 1946-cı il təvəllüdlü Məcnun Abdulvahid oğlu Vahidov, 4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı 1978-ci il təvəllüdlü Şəfa Afət qızı Məmmədova,
Tələbələr:
5. 1988-ci il təvəllüdlü Taleh Tariyel oğlu Məmmədov, 6. 1989-cu il təvəllüdlü Yusif Telman oğlu Bəndəliyev, 7. 1988-ci il təvəllüdlü Ayaz Cavanşir oğlu Bağırov, 8. 1987-ci il təvəllüdlü Savalan Allahverdi oğlu Cabbarov, 9. 1989-cu il təvəllüdlü Emin İmaməli oğlu Abdullayev, 10. 1990-cı il təvəllüdlü Ruslan Cəfər oğlu Babaşov, 11. 1988-ci il təvəllüdlü Ceyhun Sakit oğlu Aslanov, 12. 1957-ci il təvəllüdlü Ayna Abbasqulu qızı Qurbanova.
Bundan başqa Neft-qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Faiq Bəhram oğlu Rüstəmbəyov, Neft-qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası Zemfira Seyidi qızı Hüseynli,
Tələbələr
Kənan Tələt oğlu İsayev, İlkin Azər oğlu Şirəliyev, Elşən Elbəyi oğlu Mustafayev, Rəhman Sahib oğlu Axundov, Elvin Azər oğlu Cəmiyev, Səbinə Əşrəf qızı Qurbanova, Elşən Xanlar oğlu Məmmədov, Bəxtiyar Aydın oğlu Cəfərov, Suriya vətəndaşı olan Daas Muavviyya, Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim və Seyid Əhməd Əmru atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qala bilmişdilər.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.