banner
banner

Sağlamlıq

Nə üçün axşam yumurta yemək olmaz?

Nə üçün axşam yumurta yemək olmaz?

Yumurta ən tez-tez istifadə olunan sevimli məhsullardan biridir.

Rusiyalı həkim-qastroenteroloq Aleksey Paramonov Komsomolskaya Pravda ilə bu faydalı məhsulun düzgün və sağlam istehlakı ilə bağlı bəzi maraqlı məlumatları paylaşıb.  

Belə ki, həkim yumurtanı səhər yeməyi üçün ən yaxşı məhsullardan biri hesab edir. Zülallar, vitamin və minerallarla zəngin olan yumurta insana ona lazım olan güc və gümrahlıq verir, uzun müddət tox saxlayır.  

Saglamolun.az xəbər verir ki, axşamlar isə xüsusilə də yatmazdan bilavasitə əvvəl yumurta yemək olmaz. Həkim izah edib ki, yumurta reflüksün (qida qalıqlarının mədədən qida borusuna atılması) inkişafına səbəb olan məhsullardan biridir.

İnsan yumurta yeyəndən sonra uzanarsa, reflüksün əmələ gəlməsi riski artacaq. Reflüksün simptomları arasında: qıcqırma, ağızda acı dad. Reflüks, xüsusilə xroniki hal aldıqda təhlükəli pozulma sayılır ki, nəticədə qida borusunun divarları zədələnə bilər, onlarda eroziya və xoralar əmələ gələ bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.