İsraili baş naziri Binyamin Netanyahu ABŞ-ın İranın nüvə ambisiyaları və regional ekspansiyasına qarşı kampaniyaya başçılıq etmək və dəstəkləmək niyyəti ilə ruhlandığı bildirib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, baş nazir bunu Tel-Əvivdə ABŞ-ın yeni dövlət katibi Maykl Pompeo ilə görüşü zamanı deyib.
"İranın qarşısı alınmalıdır, onun atom bombasına can atması dayandırılmalıdır, onun aqressiyasının qarşısı alınmalıdır. Biz bunu bir yerdə etməyə hazırıq. Mən növbəti dəfə ABŞ-ın İsrailə göstərdiyi möhkəm dəstəklə ruhlanmışam", - deyə Netanyahu bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.