İngiltərə Premyer Liqasının lideri “Çelsi” cari çempionatda ilk xal itkisinə məruz qalıb.
Qol.Az-ın xəbərinə görə, səfərdə “Mançester Siti” ilə qarşılaşan Joze Mourinyonun komandası bir xalla kifayətlənməli olub.
London təmsilçisi 71-ci dəqiqədə Şurlenin qolu ilə hesabı açsa da, sonradan oyuna daxil olan, yeni mövsümdən “Mançester Siti”nin şərəfini qoruyan “Çelsi”nin əfsanəvi futbolçularından olmuş Frank Lempard 85-ci dəqiqədə hesabı bərabərləşdirib. Sabiq komandasının qapısına qol vuran Lempard fərqləndiyi üçün sevinməyib.
Qeyd edək ki, bununla da London təmsilçisinin dörd oyunluq qələbə seriyasına son qoyulub.
Xal itkisinə baxmayaraq, “Çelsi” 13 xalla yenə də liderdir. “Mançester Siti” isə 8 xalla 6-cı yeri tutur.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.