banner
banner

Sosİal

Seks asılılığı nədir?

Seks asılılığı nədir?

Maddə asılılığı kimi seks aslılığı da var. Bəs bu aslılıq kimlərdə rastlanır? Əlamətləri nədir? Çarəsi varmı?
Seks aslılığı heroin və kokain aslılığından fərqli olaraq hərtərəfli tam bir aslılıq kimi qəbul edilir.

Digər aslılıqlarda olduğu kimi seks aslılığı zamanı da insan böyük bir istək və qarşı çıxa bilməmək çarəsizliyi yaşayır. Buna görə zaman-zaman həyatlarına zərər verə bilirlər.


Seks aslılığı yaşayırsızsa, doyum nöqtəsinə çatmaq üçün çox sıx cinsi yaxınlığa ehtiyacınız olacaq. Bitib tükənmək bilməyən bu cinsi istək həyatınıza mənfi yöndən təsir edəcək.

Seks aslılığının əlamətləri nələrdir?

Pornoqrafiyaya artan maraq,

Eyni dövrdə bir çox insanla cinsi yaxınlıq arzusu,

Cinsi aktivlikdən utanmaq və dayanmaq istəyi,

Başqa problemləri həll etmək üçün seksdən istifadə etmək,

Seksə görə mühüm iclas, hadisələri ötürmək.


Seks aslılığının çarəsi nədir?


Seks aslılığını psixoterapiya, dərman yolu və qrup dəstəyi ilə müalicə etmək olar. Bunun üçün xəstə cinsi istəyini nəzarətdə tutmağı bacarmalı və iradəli olmalıdır.

Dərman müalicəsi zamanı antidepressantlar, ruh halını nizamlayan dərmanlar, naltrekson (əsasən spirtli içki, narkotik maddə aslılığı zamanı istifadə olunur. Bundan istifadə edən xəstə cinsi düşüncə və davranışlardan əvvəlki qədər zövq almır), antiandrogen (seks hormonlarının kişilər üzərindəki təsirini azaldır və cinsi istəyi aşağı səviyyəyə salır) dərmanlardan istifadə olunur.//ailəm.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.