banner
banner

İdman

Ozobiçdən yubiley, “Qəbələ”dən 48-ci böyükhesablı qələbə

Ozobiçdən yubiley, “Qəbələ”dən 48-ci böyükhesablı qələbə

Topaz Premyer Liqasının XXV turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ” 3:0 hesabı ilə qalib gəlib.
 
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu, “qırmızı-qaralar”ın tarixində 48-ci böyükhesablı qələbədir. 3 və ya daha çox top fərqinin qeydə alındığı bu qarşılaşmalardan 27-si Premyer Liqada qeydə alınıb. 

Cari mövsümdə 3-cü belə uğuruna imza atan komanda 2017-ci il noyabrın 25-də səfərdə “Kəpəz”i 6:1, dekabrın 3-də evdə “Keşlə”ni 3:0  hesabı ilə məğlub edib. 2018-ci ildə ilk böyükhesablı qələbəni bayram edən “Qəbələ” öz meydanında ümumilikdə 31-ci, Premyer Liqa matçlarında 16-cı dəfə belə fərqlə qalib gəlib.

“Kəpəz”lə oyunda hesabı açan Filip Ozobiç “Qəbələ”nin heyətində özünün yubiley qolunu vurub. Xorvatiyalı yarımmüdafiəçi 25-ci qoluna sevinib. Buna özünün 71-ci matçında nail olan Filip klub tarixinin bombardirləri siyahısında 4-cüdü. O, yalnız Viktor Mendi (33), Dodo (30) və Baqali Dabodan (26) geri qalır.

 

Komandanın kapitanı Cavid Hüseynov “qırmızı-qara” formada 18-ci qolunu vurmaqla Kənan Kərimov və Aleksey Qaya çatıb. Bu “üçlük” 7-ci yerə şərikdi.

Qol sayını 11-ə çatdıran Stiven Monroz isə Ruslan Qurbanovla Rəşad Yusubova çatıb. Onlar 17-19-cu yerlərdə qərarlaşıb.

Gəncə təmsilçisi ilə qarşılaşma həm də Cavidin “Qəbələ”nin formasında Premyer Liqada keçirdiyi 60-cı oyun olub. O, ən azı bu qədər matça çıxan 17-ci futbolçudur. Çempionatda 13 qola sevinən kapitan bu göstəricidə 9-cudur. Premyer Liqada 16-cı dəfə rəqib qapısına yol tapıb, Yannik Kamanana çatan Ozobiç isə 4-cü yerə şərikdir. Monroz isə Sergey Zenyov, Fərzad Hatəmi və Lorenso Ebesilio ilə eyni qədər - 8 qol vurub və 14-cü sıradadır



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.