banner
banner

Şou

Türk mətbuatı azərbaycanlı xanımı ləkələdi

Türk mətbuatı azərbaycanlı xanımı ləkələdi

"Mətbuat məni dəli edəcək həddə gəldi" 

Bu sözlər Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevaya məxsusdur.

ANS PRESS-in məlumatına görə, türk mətbuatı azərbaycanlı model Günay Musayevanı ləkələməkdə davam edir. Tolqa Karelllə evləndiyi ilk gündən dəfələrlə boşanma xəbərlərini yazaraq sonunda buna nail olan bəzi türk jurnalistləri Günay Musayevaya qarşı qara piar kampaniyasına yenidən start verib.

"Sabah" qəzetinin "Boşanmadan sevgili tapdı" başlıqlı yazısında görüntülənən şəxs əslində Günayın dostu, azərbaycanlı jurnalist Ülvi Hadıyevdir.

Barəsində yazılan yalan xəbərlərdən əsəbiləşən model bütün bunlara sosial şəbəkədə reaksiya verib: "Hər dəfəki kimi cavab verməyim, ciddiyə almayım deyirəm, amma olmur. 8 ildir mənimlə olan, mənə həm qardaşlıq edən, həm də köməkləri ilə əlim-ayağım olan və hər zaman yanımda görünən Şabanı (Ülvi Hadıyev) belə mənə sevgili etmişlər. Xəyal gücünə mat qaldım müxbir dost! Şabanın adını belə dəyişib Vedat yazıblar. Deməyə söz tapa bilmirəm. Xəbər uydurarkən nə içdiyiniz də maraqlıdır".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.