“Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə “Bavariya”ya qarşı keçirilən matçın 11-ci dəqiqəsində fərqlənib.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, fransız forvardın fərqlənməsi nəticəsində “Real” avorkuboklarda keçirdiyi ardıcıl 42-ci görüşdə qol vurub.
Bununla da Madrid klubu “Tottenhem”in 1961-1984-cü illər aralığındakı rekordunu təkrarlayıb.
Maraqlıdır ki, London klubunun 23 ili əhatə edən rekordu məhz 1985-ci ilin martında “Real”a qarşı oyunda sona çatıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.