“İnyesta tarixin ən yaxşı ispan futbolçusudur" - Ronaldo
Braziliya futbolunun canlı əfsanəsi Ronaldo “Barselona”nın kapitanı Andres İnyesta haqda danışıb.
Qol.az-ın məlumatına görə, İspaniya mətbuatına açıqlama verən veteran hücumçu mövsümün sonunda “Barsa”dan ayrılacağını bildirən 33 yaşlı yarımmüdafiəçi haqda müsbət fikirlər səsləndirib:
“İnyesta tarixin ən yaxşı ispan futbolçusudur. Bu cür keyfiyyətdə olan ikinci ispan futbolçu xatırlamıram. O, çox şeyi bacarır. Məhz buna görə hamı İnyestanı sevir”.
Xatırladaq ki, Ronaldo 1996-97-ci il mövsümündə “Barselona”da çıxış edib. İnyesta isə 1998-ci ildə kataloniya klubunun əsas komandasında debüt edib
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb