banner
banner

Sosİal

Azərbaycanda hər 10 min nəfərə 11 vəkil düşür

Azərbaycanda hər 10 min nəfərə 11 vəkil düşür

Sonuncu qəbuldan sonra Azərbaycanda hər 10 min nəfərə 11 vəkil düşür.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O qeyd edib ki, gələcəkdə vəkillərin sayı hər ay artacaq:

 

"Biz nəzərdə tutmuşuq ki, yaxın bir neçə ay ərzində 100 nəfərdən çox namizədi vəkilliyə qəbul edək. Bu, sonuncu qəbul deyil. Daha bir qəbul keçiriləcək. May ayı ərzində təxminən 200 nəfərə yaxın namizəd vəkilliyə sənəd verib. Beləliklə, artıq iyun ayında 10 000 nəfərə haradasa 12 vəkil düşəcək. Təbii ki, bu rəqəm getdikcə artacaq. Bu, sevindirici haldır".

Bununla belə, A.Bağırov qeyd edib ki, vəkillərin sayını kortəbii şəkildə artırmaq olmaz:

"Biz çalışırıq ki, savadlı, hazırlıqlı, təcrübəli hüquqşünaslar vəkilliyə qəbul olunsun. Çünki bizim mövqeyimiz ondan ibarətdir ki, vəkillərin hazırlığı, bilil səviyyəsi heç də hakimdən, prokurordan aşağı olmamalıdır. Vəkilin işi bəlkə də onlardan daha çətindir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.