Qol.Az-ın məlumatına görə, 1/4 finalın son oyun günündə iki qarşılaşma keçirilib.
Səfərdə "Konkarneu"nun qonağı olan "Qenqam" rəqibinə 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
"Brest" - "Oser" matçının əsas və əlavə vaxtlarında qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan (2:4) qonaqlar yarımfinala adlayıblar.
Qeyd edək ki, Fransa kubokunun yarımfinalında "Qenqam", "Oser", PSJ və "Sent-Etyen" klubları mübarizəni davam etdirir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.