banner
banner

Gündəm

Baytarlıq İdarəsinin milyonları

Baytarlıq İdarəsinin milyonları

Kənd Təsərrüfatı Nazirliyində islahatlara start verildi. CİA.AZ saytının açıqlamasına görə nazirlikdə bir tərəfdən kadr islahatları, digər tərəfdən isə struktur dəyişiklikləri reallaşdırılacaq. Bu baxımdan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin də fəaliyyətinə də əl gəzdiriləcək. Xidmət  rəisi Azər Süleymanovun bu təşkilatı iflic hala salması, korrupsiya hallarının artması diqqətdən kənarda qalmayacaq. Tək bunu demək lazımdır ki, 64 rayon (şəhər) baytarlıq idarələri sözün həqiqi mənasında gəlir mənbəyinə çevrilib. Gəlin bəzi faktlara baxaq. Bu gün şəhərdə və bölgələrdə ət kəsimi qanunvericiliklə məhdudlaşdırılıb və normaya cavab verməyən ət kəsimi müəssisələrinin fəaliyyəti yasaqlanıb. Amma bu gün demək olar ki, hər küçədə heç bir normaya cavab verməyən müəssisələr fəaliyyət göstərir.Bunun üçün isə sadəcə olaraq baytarlıq idarələrinə ayda 10 manat “hörmət” etmək kifayətdir. Bundan başqa kəsilən iribuynuzlu heyvanlar üçün 5 manat pul da ödəmək şərtdir. Ümumi hesablıamalara görə bu gün büdcəyə daxil olmadan baytarlıq idarələri tərəfindən ümumilikdə hər ay 500 min manata qədər pul toplanılır. Bundan başqa bu gün bir çox kolbasa sexləri də baytarlıq idarələrinə maliyyə ödəmələri edilir. Nə zaman tələb olunan pul ödənilmirlərsə həmən müəssisədə yoxlama aparılır və mənşəyi məlum olmayan ət “tapılır”. Bu baxımdan maraqlı bir faktıda nəzərinizə çatdıraq. Bir müddət öncə Yasamal rayonu ərazisində ət kəsmə obyektlərinə qulağında birkalar olan qoyunlar gətirilib. Birkaların bir üzünd gürcü hərfləri olubsa, digər üzündə erməni yazıları aşkarlanıb. Məlum olub ki, Ermənistandan Gürcüstana gətirilən heyvanlar daha sonra Azərbaycana keçirilib. Amma baytarlıq idarələrinə edilən “hörmətdən” sonra bu heyvanların kəsilərək satılmasına qadağa qoyulmayıb. Görünür bu səbəbdən Azər Süleymanov dəbdəbəli villa həvəskarına çevrilib və bağ evidə daxil olmaqla daşınmaz əmlakınındəyəri milyonlarla ölçülür. Bu haqda araşdırmamızı nəzərinizə çatdıracağıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.