Hər il olduğu kimi bu il də Novruz bayramı tədbirləri dövlət səviyyəsində qeyd olunacaq. Xüsusilə Dənizkənarı bulvar idarəsi bu Novruza özünəməxsus hazırlaşıb. Belə ki Martın 19-da baş tutacaq bayram tədbiri Qız qalası önündən başlayacaq və bulvar ərazisinə qədər davam edəcək. Milli park ərazisində Azərbaycan mədəniyyət və incəsənətinə dair nümunələr sərgilənəcək. İştirakçılar müxtəlif musiqi nömrələri ilə çıxış edəcək, qurulan süfrələrdə milli mətbəximizin dadlı təamları yer alacaq. Bayram çərçivəsində hər bir regionun məşhur məhsulu nümayiş olunacaq, bununla yanaşı həmin məhsulların satışı da həyata keçiriləcək.
Dənizkənarı Bulvar idarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə builki Novruz bayramı tədbirləri fərqli keçiriləcək.
Bulvar ərazisindəki bayram ab havası martın 22-nə kimi davam edəcək. 3 yerdə Novruzun atributu olan böyük səməni quraşdırılacaq, onların ətrafını isə Novruzun simaları olan keçəl kosa və bahar qızı bəzəyəcək. Bu Novruz bayramında da paytaxtda atəşfaşanlıq olacaq. Bakı şəhər icra hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilaxır çərşənbə günü və bayram günü Dənizkənarı Milli park ərazisində konsert və atəşfəşanlıq keçiriləcəyini bildirib.//ANS
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.