banner
banner

Sağlamlıq

Hər gün 3-4 yarpaq yeyin - Sağlam qalın

Hər gün 3-4 yarpaq yeyin -

Nanə xoş ətri və qoxusu ilə yanaşı, sağlamlıq üçün olduqca faydalı bitkilərdən biridir. 

Axşam.az xarici mediaya istinadən bu bitkinin orqanizmə olan faydalarını sadalayır:

- Nəfəs almanı asanlaşdırır. 

-Qaraciyər çatışmazlığı problemini aradan qaldırır. 

- Öd kisəsinin fəaliyyətini nizamlayır. 

- Aybaşı qanamalarının müntəzəm və ağrısız olmasına şərait yaradır. 

- Bağırsaq spazmasını aradan götürür.
 
- Həzmi asanlaşdırır. 

- Asma, qrip, bronxit və öskürək üçün faydalıdır. 

- Əl və ayaqların titrəməsi, dilin tutulması, iflic və yuxusuzluq kimi problemlər zamanı istifadə olunur. Həyəcanı və qorxunu keçirtməkdə faydalıdır. Sinir sistemini qüvvətləndirir. 

- Qusmaların qarşısını alır. İstiliyi salır. 

- Süd verən analarda şişən döşlərin şişini yatırdır. 

- Miqren, yuxusuzluq və baş gicəllənməsində faydalıdır. 

- Bağırsaq qurdlarının tökülməsində köməkçidir. Mədə ağrısını kəsir. Ancaq mədəsində qastrit olanlar artıq istifadə etməməlidirlər.

 

Qeyd edək ki, nanənin yarpağından hər 3-4 ədəd yemək, yaxud çay şəklində içmək olar. 

Bunun üçün 3-4 ədəd təzə nanə yarpağını bir qaba düzün və 24 saat saxlayın. Qurumuş yarpaqları əlinizdə ovun. Bir dəm çaynikində suyu qaynadıb götürdükdən sonra həmin ovuqdan 3 çay qaşığı tökün və 20 dəqiqə dəmlənməsini gözləyin. İstəsəniz, çayınızı limon və ya balla içə bilərsiniz.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.