"Atletiko" "Arsenal"a, "Zalsburq" "Marsel"ə qarşı - Yenilənir
Bu gün Avropa Liqasında yarımfinalın cavab oyunları keçiriləcək.
Qol.az-ın xəbərinə görə, oynanılacaq iki matçla finalçıların adı müəyyənləşəcək.
Erkən final adlandırılan “Atletiko” – “Arsenal” cütü bu dəfə Madriddə üz-üzə gələcək. Londonda keçirilən ilk görüşdə 1:1 hesablı bərabərlik qeydə alındığından komandaların finala çıxmaq şansı bərabər qiymətləndirilir.
Digər görüşdə isə sürpriz şəkildə yarımfinala qədər irəliləyən “Zalsburq” “Marseli”i qəbul edəcək. Fransada keçirilən ilk qarşılaşmada 2 cavabsız qolla qalib gələn “Marsel” finala daha iddialıdır.
3 may
Avropa Liqası
Yarımfinal, cavab oyunları
23:05. "Atletiko” (İspaniya) – "Arsenal” (İngiltərə) - 0:0 (Birinci hissə) İlk oyun - 1:1 Baş hakim: Canluka Rokki (İtaliya)
23:05. "Zalsburq” (Avstriya) – "Marsel” (Fransa) - 0:0 (Birinci hissə) İlk oyun - 0:2 Baş hakim: Sergey Karasyov (Rusiya)
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb