Rusiyanın "Rubin" klubunun futbolçusu Gökdeniz Karadeniz mövsümün sonunda karyerasını başa vuracaq. Qol.az-ın xəbərinə görə, türkiyəli hücumçu bunu bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.
Qeyd edək ki, komandanın kapitanı olan Türkiyə millisinin sabiq üzvü 2008-ci ildən Kazan klubunda çıxış edir. 38 yaşlı futbolçu “Trabzonspor”un yetirməsidir. O, 1997-2008-ci illərdə Kadadeniz klubunda çıxış edib. Gökdeniz “Rubin”lə ikiqat Rusiya çempionu, Rusiya superkubokunun qalibi olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.