banner
banner

Dünya

Almaniyada “Şimal axını-2” qaz borusunun inşasına başlanılıb

Almaniyada “Şimal axını-2” qaz borusunun inşasına başlanılıb

Almaniyanın Lubmin şəhərində “Şimal axını-2” qaz borusunun sahilə çıxarılacağı ərazidə tikinti meydançasının hazırlanmasına başlanılıb.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə layihənin operatoru olan “Nord Stream 2 AG” şirkətindən bildirilib.

Məlumata görə, qeyd olunan proses borunun sahilə çıxacağı ərazinin təmizlənərək montaj işlərinə hazırlıq tədbirlərinin görülməsini və inzibati tikililərin inşasının başa çatdırılmasını nəzərdə tutur.

 Şirkət nümayəndəsinin sözlərinə görə, tikinti işləri razılaşmalara uyğun şəkildə həyata keçirilir.

Qeyd edək ki, “Şimal axını-2” qaz borusu layihəsi ümumi gücü 55 mlrd. kubmetr olacaq iki boru xəttinin inşasını nəzərdə tutur. Borular Rusiyadan Almaniyadək Baltik dənizinin dibi ilə hazırkı “Şimal axını” boru xətti ilə yanaşı çəkilir.

Rusiyanın “Qazprom” şirkəti “Nord Stream 2 AG”-ın yeganə səhmdarıdır. Layihəyə sərmayələrin yarısı “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” şirkətləri (hərəsi 950 mln. dollar) tərəfindən yatırılır. Xərclərin 50 faizini isə (4,75 mlrd. avro) “Qazprom” öz üzərinə götürüb.

Layihənin ümumi dəyəri 9,5 mlrd. avro təşkil edir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.