banner
banner

Gündəm

Azər Süleymanov həbs ediləcək?

Azər Süleymanov həbs ediləcək?

İnam Kərimovun nazir təyin olunmasından sonra nazirlikdə ciddi islahatlara start verildi. CİA.AZ saytına daxil olan məlumata görə hazırda nazirlikdə baş verən korrupsiya halları araşdırılır və yeyintinin daha çox “Aqrolizinq”lə,  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində baş verib. Məlumatda bildirilir ki, xidmətin rəisi Azər Süleymanov nazirlikdə daha çox tenderlərin kralı kimi tanınır. Belə ki, Azər Süleymanov müxtəlif avadanlıqların alınması üçün tenderlər elan edir və əsas məsələ də bundan sonra başlayır. Bu məsələdə isə tender komissiyasının əlaqənləndiricisi Mustafa Allahverənov Azər Süleymanovun sağ əli rolunda oynayır. Məhz Mustafa Allahverənov Azər Süleymanovun adından danışıqlar aparır və tenderə qatılanlardan faiz alınır. 200 manat rəsmi pul keçirərək tenderə qatılanlar prosesin gedişatında aldıqları məbləğin 10-20 faizini Azər Süleymanovun ixtiyarına buraxırlar. Bundan başqa aydın olub ki, avadanlıqlar alınan zaman şişirdilmiş rəqəmlərdən istifadə edilir və büdcədən yüz minlərlə manat çıxarılır. Bildirilir ki, artıq bu faktlar rəhbərliyə məlumdur toplanan faktlar Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndəriləcək. Bu isə Azər Süleymanovun həbsi ilə yekunlaşa bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.