ABŞ prezidenti Donald Tramp və Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, tərəflər telefon danışığı zamanı ticarət məsələlərini, Şimali Koreyanın denuklearizasiyasını, İranın nüvə məsələsini və Trampın Britaniyaya səfərini müzakirə ediblər.
Ağ Evin məlumatında bildirilir: "İki lider ədalətli və qarşılıqlı ticarətin təşviqini, xüsusilə də Çinə qarşı, müzakirə ediblər. Donald Tramp Şimali Koreyanın denuklearizasiyasına təşəbbüsü vurğulayıb".
ABŞ prezidenti İran qeyd edib ki, İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə təminat verməyə hazır olduğunu vurğulayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.