Salvadorda son iki gün ərzində 274 zəlzələ baş verib. Onlardan 37-si hiss olunub.
Trend-in məlumatına görə, zəlzələ nəticəsində bir uşaq xəsarət alıb, 11 ev uçub, 170 tikiliyə isə zərər dəyib. Baş verən zəlzələlər 3,2-5,6 bal güclərində olub.
Zəlzələ ilə əlaqədar Çirilaqua, İntipuka (San-Migel departamenti) və El_karmen (Da-Unyon departamenti) bələdiyyələrində "sarı" və "narıncı" təhlükə səviyyələri elan edilib.
Maddi cəhətdən zərər çəkənlərin və müvəqqəti təxliyyə olunanların sayı 640 nəfər təşkil edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.