banner
banner

Dünya

İranda daha bir zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb

İranda daha bir zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb

İranın cənub-qərbində, Kohgiluyə və Buyər-Əhməd vilayətində baş vermiş güclü zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, 5 ballıq zəlzələ gecə saatlarında qeydə alınıb. Ocağı 5 km dərinlikdə olan yeraltı təkanlar səbəbindən Yasuc şəhərinin elektrik enerjisi ilə təminatı pozulub.

 

Yerli təcili tibbi yardım mərkəzindən 71 nəfərə hadisə yerində yardım edildiyi, 11 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Xatırladaq ki, ötən həftə Yasuc şəhərindən şimal-qərbdə 5,3 maqnitudalı zəlzələ baş vermiş, 133 nəfər yaralanmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.