“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil zədəsi haqda danışıb.
Qol.az xəbər verir ki, Almaniya yığmasının üzvü Tvitterdə özünü yaxşı hiss etdiyini yazıb:
“Təəssüf ki, dünənki görüşdə belimdəki zədə səbəbindən iştirak edə bilmədim. Bir qədər vaxta ehtiyacım var. Əminəm ki, DÇ-2018-ə qədər tam hazır olacağam.
Bir daha məşqçimizə minnətdaram. Mənim üçün sənə görə oynamaq şərəf idi, cənab Venger. Birlikdə keçirdiyimiz hər şey üçün çox sağ ol”.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının 37-ci turunda “Bernli”yə qarşı matçda (5:0) meydana çıxmayıb
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb