Bədii gimnastlarımız üçün növbəti Dünya Kuboku və daha bir bürünc medal
Bədii gimnastika üzrə millimizin üzvləri ötən həftə (4-6 may) İspaniyanın Quadalaxara şəhərində baş tutmuş “Challenge” seriyasına aid Dünya Kubokunda çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Ayşən Bayramova, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Doman və Aliyə Paşayevadan ibarət qrup hərəkətləri komandamızın final mərhələsində 3 top – 2 iplə çıxışları onlara turnirin bürünc medalını qazandırıb.
17 komanda arasında gedən mübarizədə qızlarımızın çıxışlarının hakimlər tərəfindən 17.350 xalla dəyərləndirilməsi onları yalnız Bolqarıstan və İtaliya komandalarından geri salıb.
Dünya Kuboku ilə paralel Fransanın Korbeyl-Esson şəhərində keçirilən beynəlxalq turnirdə isə ölkəmizi yeniyetmə bədii gimnastlarımız Darya Sorokina, Arzu Cəlilova və Yelizaveta Luzan təmsil ediblər. Gimnastlarımız arasında ən yaxşı nəticəni Arzu göstərib. O, gürzlər və lentlə çıxışlarına görə finalın bir addımlığında – 4-cü yerdə qərarlaşıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb