banner
banner

Hərbİ

11 komandir edam edildi - DƏHŞƏT

11 komandir edam edildi

İŞİD terror qruplaşmasının silahlıları ötən gün İraq ordusunun Tikrit şəhərinə hücumu zamanı mövqelərini qoyub qaçan 11 səhra komandirini satqın elan edərək edam edib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Fars agentliyi məlumat yayıb.

Qeyd edək ki, İraq ordusunun İŞİD-in nəzarətində olan Tikrit şəhərinə hücumu zamanı onlarla terrorçu mövqelərini qoyaraq şəhəri tərk edib. Məlumata görə, şəhərin şərq və cənub hissələri artıq hərbçilərin nəzarətinə keçib. Ordu hissələri, həmçinin, terrorçuların nəzarətində olan Mosul və Kərkük şəhərlərinə gedən magistral yolu nəzarətə alıb.

Martın 2-də başlanan irimiqyaslı hücum İraq Silahlı Qüvvələri və könüllülərdən ibarət silahlı dəstələrin birgə ən böyük əməliyyatıdır. Əməliyyatda, ümumilikdə, 30 min nəfər iştirak edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.