banner
banner

Dünya

İsrailin endirdiyi hava zərbəsi nəticəsində Suriyaya məxsus RLS məhv edilib

İsrailin endirdiyi hava zərbəsi nəticəsində Suriyaya məxsus RLS məhv edilib

Bu gecə İsrailin endirdiyi hava zərbəsi nəticəsində Suriyaya məxsus radiolokasiya stansiyası (RLS) məhv edilib.

 

APA-nın xəbərinə görə, bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb. “Ölkənin havadan müdafiə qüvvələri İsrailin onlarla raketini vursa da, onlardan bəziləri hədəflərə çatıb, bir radiolokasiya stansiyası məhv edilib”, məlumatda deyilir.

Bundan əvvəl Qolan yüksəkliyində İsrail hərbçilərinin nəzarətindəki ərazi Suriya istiqamətindən atəşə tutulub. İsrail Müdafiə ordusunun yaydığı açıqlamada bildirilir ki, İranın "Əl-Qüds" qüvvələri tərəfindən əraziyə 20-dək raket buraxılıb, raketlərin əksəriyyəti vurulub. Buna cavab olaraq İsrail aviasiyası Suriya ərazisində bir sıra hərbi obyektləri bombalayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.