Roma Papası I Fransiskə məxsus “Lamborghini Huracan” Sotbiz hərracında satışa çıxarılacaq.
Trend-in məlumatına görə, hərrac mayın 12-də keçiriləcək.
Avtomobilin 350-450 min avro civarında satıla biləcəyi ehtimal olunur. Gəlirin bir hissəsi Afrika ailələrinə yardım edən iki xeyriyyə fonduna, qalan hissəsi isə İraq xristianlarının yardımına yönəldiləcək.
Qeyd edək ki, “Lamborghini Huracan” ötən ilin noyabrında şirkət tərəfindən Roma Papasına hədiyyə edilmişdi. Ağ rəngli avtomobildə I Fransiskin imzası yer alır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.