"Liverpul"da 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Qol.az-ın klubun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, komandanın hücumçusu Məhəmməd Salah həm azarkeşlər, həm də oyunçular arasında keçirilən səsvermədə birinci olub.
Misir futbolçu Premyer Liqada bu mövsüm 35 oyunda 31 qol vurub, 9 qolu ötürməsini verib. Salah Çempionlar Liqasında 11 qol və 4 qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, M.Salah 2017-ci ildə “Roma”dan 42 milyon avroya "Liverpul"a transfer edilib.
Xatırladaq ki, 25 yaşlı futbolçu bundan əvvəl ölkənin İdman Jurnalistləri Assosiasiyası və Peşəkar Futbolçular Assosiasiyası tərəfindən mövsümün ən yaxşı oyunçusu seçilib
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb