banner
banner

İdman

Rövnəq Abdullayev: "Etimadı doğruldacağıq"

Rövnəq Abdullayev: "Etimadı doğruldacağıq"

"Artıq müəyyən işlər həyata keçirilib və nəticələr əldə olunur. Cənab Prezidentin qarşımıza qoyduğu bir çox tapşırıqlar yerinə yetirilir". "Report"un məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün keçirilən hesabat konfransında çıxışı zamanı deyib.

İlin yekunları ilə bağlı fikirlərini bildirən R.Abdullayev "2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafı ilə bağlı dövlət proqramı" barədə danışıb. AFFA rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin federasiyanın qarşısına qoyduğu tapşırıqların yerinə yetirildiyini qeyd edib.

"AVRO-2020-nin sifariş ərizəsini hazırladıq və qalib olduq. Çempionatın 3 qrup və bir 1/4 oyunu Bakıda keçiriləcək. Bu çox böyük tədbirdir. Biz qarşımıza qoyulan vəzifələri yerinə yetirib, etimadı doğruldacağıq. Cənab Prezidentə bizə verdiyi böyük dəstəkdən dolayı təşəkkür edirəm. Dövlətimiz bizə böyük köməklik göstərdi ki, bu da birgə görülən işin nəticəsidir" - deyə R.Abdullayev bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.