banner
banner

İdman

DÇ-2018-in hakiminə ömürlük cəza və həbs

DÇ-2018-in hakiminə ömürlük cəza və həbs

Səudiyyə Ərəbistanının Futbol Federasiyası 2018-ci il dünya çempionatına təyinat almış hakim Fəhəd əl-Mirdasini ömürlük cəzalandırıb. 

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, buna səbəb əl-Mirdasinin danışılmış oyunlarda iştirak etməsidir.

Ərəbistan kubokunun finalında oyun gedərkən matçdan kənarlaşdırılan referi finalçı komandalardan birinə məktub yollayaraq nəticəni onların xeyrinə həll etmək üçün kömək vəd edib. Hazırda 33 yaşlı baş hakim həbsdədir. 

Qeyd edək ki, Əl-Mirdasinin 2017-ci il Konfederasiyalar Kubokunda 3-cülük oyununda və Rio-2016 Olimpiadasında hakimlik edib



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.