banner
banner

Sosİal

Qəbul imtahanları ilə bağlı yeni LAYİHƏ

Qəbul imtahanları ilə bağlı yeni LAYİHƏ

Bu günlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-ci ildə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin əks olunduğu “Abituriyent” jurnalının 12 nömrəli buraxılışı nəşr olunub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, elmi-statistik tərəfdən bu təhlilə diqqətlə baxdıqda istər buraxılış, istərsə də qəbul imtahanlarında son 5 il ərzində davamlı müsbət dinamika müşahidə olunur. Bunun üçün sadəcə olaraq əvvəlki illərlə müqayisədə təhlilə diqqətlə baxmaq kifayətdir.

Təəssüflə qeyd etmək istəyirik ki, bir çox hallarda bəzi media qurumları kontekstdən çıxarılmış statistik göstəriciləri təqdim edir, bununla da cəmiyyətdə yanlış təsəvvür, ajiotaj yaratmağa çalışırlar.

 

Bir daha Dövlət İmtahan Mərkəzi olaraq media qurumlarından xahiş edirik ki, tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə peşəkar media güzgüsündə baxsınlar.

Qeyd edək ki, imtahanların məzmununun açıqlığının təmin edilməsi, bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu gün yeni bir layihə həyata keçiriləcək. DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə mayın 13-də keçirilən qəbul imtahanları ilə bağlı canlı yayım ediləcək. Canlı yayımda 2 gün ərzində Apelyasiya Komissiyasına, eləcə də DİM-in Facebook səhifəsinə və elektron poçtuna imtahanda istifadə olunmuş suallarla bağlı ünvanlanan müraciətlərə ekspertlər tərəfindən cavab veriləcək, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, onları maraqlandıran digər suallar izah ediləcəkdir. İmtahanın məzmunu, test tapşırıqları və s. məsələlərlə maraqlanan media nümayəndələri, müəllimlər, ekspertlər, valideynlər, abituriyentlər yayımı izləyə və real vəziyyətlə tanış ola bilərlər



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.