Ümit Özat Türkiyənin "Gənclərbirliyi" komandasının baş məşqçisi postundan ayrılıb.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Murat Cavcav məlumat verib.
O, baş məşqçi ilə qarşılıqlı razılıq əsasında yolların ayrıldığını bildirib.
Qeyd edək ki, "Gənclərbirliyi" növbəti mövsümdən etibarən Türkiyə Superliqasında iştirak etməyəcək. Komandanın aşağı liqaya düşəcəyi rəsmiləşib. "Gənclərbirliyi"nin heyətində Azərbaycan millisinin hücumçusu Deniz Yılmaz da çıxış edir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb