banner
banner

Dünya

Millət vəkili: “Maaş çatmır”

Millət vəkili: “Maaş çatmır”

Türkiyənin ekologiya və şəhərsalma naziri İdris Gülücə millət vəkilliyinin qazanclı bir iş olmadığını, hətta aldıqları maaşın ayın axırına qədər çatmadığını deyib. 

ANS PRESS-in məlumatına görə, Güllücə bu barədə AKP millət vəkili Əhməd Yeni adına qız imam-xətib litseyinin açılışı zamanı çıxışında danışıb. 

Nazir Güllücə çıxışına, “Allah xeyirlərinizi qəbul etsin!” – deyərək başlayıb. 

“Allah xeyirlərinizi qəbul etsin. Nə xoş sizə ki, bu cür xeyirxah addım atmısınız. Amma heç kim hesab etməsin ki, m illət vəkilliyi qazanclı-pullu işdir. Fikirləşirsiniz ki, millət vəkili olduğunuz zaman çox pulunuz olacaq. Millət vəkili maaşını ayın axırına zorla çatdırır. Onu da deyim ki, bu xeyir işləri pul çoxluğu ilə yox, ürək çoxluğu ilə olur. Neccə pullar var ki, çuvallara sığışmır, amma Allah onlara xeyir iş də nəsib etmir. Buna görə də Əhməd Yeni və həyat yoldaşı Əminə Yenini təbrik edirəm”. 




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.