“Bavariya”nın hücumçusu Sandro Vaqner Almaniya millisindən imtina edib. Qol.az-ın “Bild”ə istinadən yaydığı xəbərə görə, 30 yaşlı futbolçu bir daha yığmanın formasını geyməmək qərarına gəlib. Buna səbəb onun DÇ-2018-dən kənarda qalmasıdır. Vaqner mundialdan kənarda qaldığı üçün çox məyusdur və baş məşqçi Yoahim Lövdən narazıdır. “Mənə elə gəlir ki, hər şey aydındır. Mənim həyat tərzim, səmimiliyim, düzgülüyüm məşqçilər korpusuna uyğun gəlmir”, deyə “Bavariya”nın hücumçusu bildirib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.