ABŞ Silahlı Qüvvələrinin 120-dən çox tankı və digər ağır zirehli texnikası bu gün Latviyaya gətirilib.
CİA.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Latviya Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirliyin məlumatına görə, M1A2 Abrams tankları, M2A3 Bradley zirehli maşınları, bundan başqa 120-dən çox hərbi texnika ABŞ-dan Latviyaya gətirilib.
Latviya müdafiə naziri Raymon Beyonis Тwitter səhifəsində ABŞ ağır hərbi texnikasının Latviyaya gətirilməsinə münasibət bildirib:
“Müttəfiqlərimiz NATO və ABŞ-ın Latviyaya dəstəyi regionun təhlükəsizliyi və suverenliyi üçündür”.
Qeyd edək ki, Krımın Rusiyaya birləşdirilməsindən və Ukraynanın şərqində münaqişənin davam etməsindən sonra ABŞ bəyan edib ki, Baltikyanı ölkələrə və Polşaya Amerika hərbçiləri yerləşdiriləcək.
Hazırda Latviyada 150 amerikalı desantı var. Latviya 2004-cü ildən HATO-nun üzvüdür.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.