Qol.az-ın xəbərinə görə, 13 qolla Premyer Liqanın bombardiri olan fransalı hücumçu mövsümü dəyərləndirib.
- Ümumi mövsüm haqqında danışırıqsa, elə oyunlar oldu ki, çox da yaxşı oynamadıq. Mövsümdən əvvəl məqsədimiz ikincilik deyildi. Amma ümumilikdə bu da pis nəticə deyil.
- Gümüş medalı qazanmaqla yanaşı, bombardir də oldunuz. Bu mükafat sizin üçün nə dərəcədə dəyərlidir?
- Mövsümün bombardiri olmuşamsa, bu, təkcə mənim yox, bütün komandanın əməyidir. Çempionluqla bombardirlik arasında seçim etməli olsam, mən çempionluğu seçərdim.
- Vurduğun qollardan hansını fərqləndirərsən?
- "Səbail”ə vurduğum ilk qolu deyərdim.
- "Qəbələ”dəki gələcəyin haqqında nə düşünürsən?
- Hələ ki bilmirəm. Qarşıda bir oyunumuz - kubokun finalı var. Ondan sonra biləcəm
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb