Müğənnilikdə şöhrəti tez bir zamanda qazanan türkiyəli ifaçı Hadisə reklamdan qazandığı pulun çox olduğunu görüncə sənətini ikinci plana atıb.
Reklamla sərvətinə sərvət qatmaq onun üçün daha asan başa gəlir.
Axşam.az türk məbuatına istinadən xəbər verir ki, müğənninin son bir ildə reklamdan qazandığı məbləğ 5 milyon dollar olub.
Həftədə iki gün televiziyada yayımlanan yarışma proqramına aparıcılıq etməklə də ayda 300 min lirə (təxminən 110 min AZN) qazanan Hadisə bununla Türkiyənin ən çox qazanan məşhurları sırasına adını yazdırıb.//Axşam.az
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.