Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, meneceri sənətçinin vəziyyətinin qənaətbəxş olduğunu açıqlayıb:
“Səhhəti yaxşıdır. Zəng vurub maraqlanan bütün dostlarına, dua edən hər kəsə təşəkkürümüzü bildiririk”.
Amerikanın Mayami şəhərində baş tutan əməliyyat 4 saatdan çox çəkib.
Qeyd edək ki, 2011-ci ildə silahlı hücuma məruz qalan və başından vurulan sənətçi uzun müalicə prosesindən sonra sağlamlığına qovuşsa da, qırılan kəllə sümüyünün parçalarından biri risk daşıdığı üçün çıxarılmamışdı. İ.Tatlısəs həmin sümüyün çıxarılması üçün fevralın əvvəlində Amerikaya yola düşmüşdü.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.