banner
banner

İdman

"Keşlə"dən Klennon və Yunanov açıqlaması

"Keşlə"dən Klennon və Yunanov açıqlaması

“Keşlə” qış fasiləsində transfer olunan Andre Klennonun komandadan göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov Qol.az-a açıqlamasında məlumatı təkzib edib. O bildirib ki, Yuri Maksimov yamaykalı hücumçunun komandada qalmasını istəyir:

“Pablo Podiodan başqa, heç kimlə müqaviləni pozmaq istəmirik. O gün yazıblar ki, guya Klennon gedir. Doğru deyil. Maksimov son oyunlarda onun çıxışını bəyənib. Ona görə də komandada saxlamaq istəyir”.

S.Məmmədov “Sumqayıt”dan ayrılan Amil Yunanovun “Keşlə”yə keçəcəyi barədə xəbərlərə də aydınlıq gətirib: “Amillə maraqlanmırıq. Ümumiyyətlə, bizdən onunla danışan olmayıb”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.