banner
banner

Dünya

Obamanın hesabını arvadı ödədi

Obamanın hesabını arvadı ödədi

ABŞ prezidenti Barak Obama Nyu Yorkda restoranlardan birində xoşagəlməz halla qarşılaşıb.

CİA.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Obama Amerikanın NBC telekanalına müsahibəsində deyib.

Hadisə ötən ay Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nyu Yorkda keçirilən sammiti zamanı baş verib. Belə ki, Obama restoranlardan birində nahar etdikdən sonra keridt kartı ilə hesabı ödəmək istəsə də bunu edə bilməyib.

“Mən ofisianta izah etməyə çalışırdım ki, bu kredit kartı həqiqətən mənimdir. Ona dedim ki, ola bilsin kartı bloklayıblar. Çünki uzun müddətdir ki, bundan istifadə etmirəm. Bank da kartdan imtina edib”, deyə Obama bildirib.

ABŞ prezidenti deyib ki, restoranda onun həyat yoldaşı Mişel Obama yanında olub və hesabı o, ödəyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.