banner
banner

İdman

Emeri onları “Arsenal”da görmək istəyir

Emeri onları “Arsenal”da görmək istəyir

“Arsenal”ın yeni baş məşqçisi Unai Emeri heyəti gücləndirmək yolunda çalışmalara başlayıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis rəhbərliyə sərəncamında görmək istədiyi ilk 2 futbolçunun adını verib. 

Söhbət “Roma”nın yarımmüdafiəçisi Lorenso Pelleqrini və “Sampdoriya”nın orta sahə oyunçusu Denis Pratdan gedir. 

Emeri “Sevilya”da hazırda “Roma”nın idman direktoru olan Monçi ilə birgə çalışıb. Bu səbəbdən də o, düşünür ki məhz bu dostluq sayəsində Pelleqrinin keçidini reallaşdırmaq mümkün olacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.