Xorvatiyanın Riyeka şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 66-ci Kvarnerska Riviyera turnirində qrup mərhələsinə yekun vurulub.
Qol.az-ın xəbərinə görə, “Qəbələ”nin U-17 komandası III turda Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. “Qırmızı-qaralar”ın heyətində Kamran Quliyev rəqib qapısına yol tapıb.
Beləliklə, ilk iki turda Sloveniya “Domjale”si ilə qolsuz heç-heçə edib, Xorvatiya “Omişal”ını 2:0 hesabı ilə məğlub edən “Qəbələ” 5 xalla qrupda 2-ci yeri tutub. “Qırmızı-qaralar” hər komandanın üç 18 yaşadək futbolçudan yararlana bildiyi turnirin 1/4 finalına yüksəlib. Komandamızın bu mərhələdəki rəqibi Sloveniyanın “Olimpiya” klubu olacaq
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb