banner
banner

Dünya

Lavrov Şimali Koreyanın paytaxtına gəlib

Lavrov Şimali Koreyanın paytaxtına gəlib

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Şimali Koreyanın paytaxtı Phenyana gəlib.

Trend-in məlumatına görə, Phenyanda xarici işlər naziri Şimali Koreya XİN rəhbəri Li Yon Xo ilə görüşəcək. Görüş zamanı tərəflər ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə edəcəklər və Koreya yarımadasının ətrafında vəziyyətə, digər əsas beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparacaqlar.

 

Qeyd edək ki, bu səfər artıq Sergey Lavrovun Şimali Koreyaya 3-cü səfəridir. Bundan əvvəl nazir Şimali Koreyaya 2004 və 2009-cu illərdə səfər edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.