banner
banner

Hərbİ

NATO: Azərbaycan hərbçiləri əla xidmət edirlər

NATO: Azərbaycan hərbçiləri əla xidmət edirlər

NATO Azərbaycanla bütün sahələrdə əməkdaşlığın davam etdirilməsinin tərəfdarıdır. Bu barədə özəl olaraq Trend-ə Alyansdan bildiriblər.

Qeyd olunub ki, NATO və Azərbaycanı uzun illərin əməkdaşlığı bağlayır: "Biz NATO-nun rəhbərlik etdiyi "Qətiyyətli dəstək" missiyası çərçivəsində Azərbaycanın Əfqanıstanın təhlükəsizlik qüvvələrinə təlim, konsultasiya və yardım göstərilməsində müntəzəm töhfəsinə görə minnətdarıq. Azərbaycan qoşunları əla xidmət edirlər. Biz, həmçinin Azərbaycanın NATO-nun Əfqanıstan milli ordusu üçün Məqsədyönlü Fondu vasitəsilə əfqan təhlükəsizlik qüvvələrinin maliyyə təminatına verdiyi töhfəyə görə də minnətdarıq".

Alyansdan bildiriblər ki, Azərbaycan öz qoşunlarının NATO qüvvələri ilə, o cümlədən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi çərçivəsində qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi üzrə işi davam etdirir:

"Bu gün bizim əməkdaşlığımız enerji təhlükəsizliyindən tutmuş keçmiş sovet ordusunun partlamamış mina və döyüş sursatlarının təhlükəsiz məhv edilməsinədək bir çox sahələri əhatə edir. Biz Azərbaycanı öz təhlükəsizlik institutlarında islahatlar prosesini fəallaşdırmağa çağırırıq".

Təşkilatdan deyiblər ki, NATO Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi üzrə 2018-ci ilin sonuna Milli Fəaliyyət Planının hazrılanmasının yekunlaşdırılması ilə bağlı işini alqışlayır və "Qadınlar, sülh və təhlükəsizlik" adlı ümumi gündəliyin həyata keçirilməsini davam etdirməyə çağırır:

"Biz Azərbaycanla ölkə hakimiyyətinin seçdiyi bütün sahələrdə əməkdaşlığın davam etdirilməsinin tərəfdarıyıq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.