Həyat yoldaşı Devid Fernişlə Ermənistana səfər edən britaniyalı müğənni Elton Con gözlənilməz hadisə ilə rastlaşıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçiyə yumurta atılıb.
Hadisə ifaçının qaldığı otelin qarşısında baş verib. Eltona atılan 3 yumurtadan ikisi dəyib. İnsidenti 34 yaşlı Ermənistan sakini Vaan Qriqoryan törədib. O, polisə özü təslim olub. İfadəsi alındıqdan sonra isə azadlığa buraxılıb. Vaanın hərəkətinin səbəbi açıqlanmasa da, bunun Conun qeyri-ənənəvi cinsi oriyentasiyası səbəbindən baş verdiyi güman edilir. Qeyd edək ki, Elton uzun müddətdir musiqiçi Devid Fernişlə ailəlidir. Onlar 2014-cü ildə münasibətlərini rəsmiləşdiriblər. Elayc və Zahar adlı iki övladları var
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.