Braziliya millisinin sabiq hücumçusu Ronaldo İspaniyanın “Valyadolid” klubunu satın almaq istəyir. Qol.az-ın “O Globo”ya istinadən verdiyi məlumata görə, braziliyalı forvard ikinci liqa təmsilçisinə 30 milyon avro ödəməklə sahib çıxmaq istəyir.
Ronaldo artıq “Valyadolid”in prezidenti Karlos Suareslə danışıqlara başlayıb.
Qeyd edək ki, “Valyadolid” sonuncu dəfə La Liqada 2013/14 mövsümündə çıxış edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.