Cümə günü Metsamor AES-in reaktoru təmirə dayandırılır.
Avqustun 1-də 4 nömrəli, qismən modernləşdirilmiş turbo aqreqata malik enerji blokunun işə salınması nəzərdə tutulur. 3 nömrəli turbo aqreqatın istismara verilməsi bu ilin dekabrına qədər planlaşdırılır.
Aparılan işlər nətcəsində enerji blokunun çıxış gücünün artması gözlənilir.
Reaktorlarının istismar müddəti çoxdan bitmiş olmasına baxmayaraq, Ermənistan hökumətinin proqramına AES-in istifadəsini 2026-ci ilə qədər davam etdirmək və yeni enerji bloklarının yaradılmasını həyata keçirmək daxildir.
Qeyd etmək lazımdır ki, Metsamor atom elektrik stansiyası regionda yeganə bu tipli qurğudur və 1986-cı ildə qəza nəticəsində fəaliyyəti tam dayandırılmış Çernobol atom elektrik stansiyasının texnologiyasına əsasən yaradılmışdır. Erməni AES-in ilk enerji bloku 1976-cı ilin dekabrında, ikincisi isə yanvar 1980-ci ildə istifadəyə verilmişdir. 1988-ci ilin dekabrında Spitak zəlzələsindən sonra 1989-cu ilin martında Metsamor AES-in fəaliyyəti dondurulmuşdur. İkinci enerji bloku 1995-ci ilin noyabr ayında respublikada baş verən enerji böhranı səbəbindən yenidən istifadəyə verildi.
Xatırladaq ki, Avropa İttifaqı atom elektrik stansiyanın bağlanılması üçün 100 milyon avro məbləğində yardım təklif edirdi, lakin Ermənistan bu təklifdən imtina edib milyonlarla insanın həyatını təhlükə altına atdı.
Ermənistan Metsamor atom elektrik stansiyasının bağlanması ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin təkliflərinə də heç bir məhəl qoymur.
Ekologların və alimlərin fikrincə, bu bölgənin seysmoloji aktiv vəziyyəti, Metsamordakı nüvə elektrik stansiyasının istismarını olduqca təhlükəli bir məsələyə çevirir. Nəzərə alsaq ki, həmin AES-in istismar müddəti illər öncə bitib, onun gələcək istifadəsi bütün region üçün böyük fəlakətlə nəticələnə bilər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.