Zakir Həsənov cəbhənin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olub
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə xəttinin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olublar.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, general-polkovnik Z.Həsənov hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Hərbi birliklərin komandanlıqları ilə keçirilən müşavirələrdə Müdafiə naziri Azərbaycan Ordusunun silahlanmasına yeni daxil edilən hərbi texnikanın müasir tələblərə tam cavab verdiyini vurğulayaraq müxtəlif silah növlərinin alınması prosesinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
Düşmənlə qarşıdurma xəttindəki vəziyyəti dəyərləndirən nazir Ali Baş Komandanın tapşırıqlarını, qarşıda duran vəzifələri, eləcə də düşmənin istənilən təxribatının qarşısının dərhal alınması ilə bağlı müvafiq göstərişləri şəxsi heyətə çatdırıb.
Hərbi qulluqçular Müdafiə nazirinə müraciət edərək işğal altında olan torpaqların tezliklə azad edilməsinə hər an hazır olduqlarını bildiriblər.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.